Bakı. Trend:
Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA) 2023-cü il 11 iyun tarixində Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət evində “Azərbaycan Rəqs Çempionatı” adlı müsabiqə keçirəcək.
Trend xəbər verir ki, müsabiqənin hər il olduğu kimi bu il də böyük maraqla qarşılanacağı ehtimal olunur.
Müsabiqənin yaş kateqoriyalarına körpə (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16-25 yaşa kimi), profi (25dən yuxarı) daxildir.
Yarışda aşağıdakı rəqs növləri nümayiş olunacaq:
Etnik folklor,
Folklor stilizasiya,
Folk show,
Dünya xalqlarının rəqsləri,
Klassik rəqs,
Rəqs şousu,
Hip-hop və Breyk-dans,
Milli rəqs,
Klassik hind rəqsi,
Müasir hind rəqsi (bollywood).
Hər bir rəqs növü üzrə bu nominasiyalar mövcuddur: solo, duet, kiçik qrup (3-7 nəfər), qrup (8-12 nəfər), ansambl (13-20 nəfər), böyük ansambl (21-50 nəfər).
Münsiflər heyəti: Rimma Məmmədova (Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi), Ülviyyə Həsənova, Tahir Eynullayev, Fərhad Əliyev, Fərid İbrahimov (Azərbaycan Respublikasının əməkdar artisti).
“Yarışın keçirilməsində əsas məqsəd rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri xoreoqrafiya sənətinə cəlb etməkdir.”- deyə Azərbaycan Rəqs Assosasiyasının sədri Əziz Əzizov vurğulayıb.
Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
Əlaqə üçün: Azərbaycan Gənclər İttifaqı - [email protected]
+99412 511 26 11
+99450 250 22 93
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az