...

Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib (FOTO)

Mədəniyyət Materials 25 Sentyabr 2023 23:12 (UTC +04:00)
Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Üzeyir Hacıbəyli XV Beynəlxalq Muğam Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib.

Trend xəbər verir ki, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert proqramında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

Naxçıvan Dövlət Filarmoniyasının solistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Vəli Səfərov, İlkin Abdullayev, Elçin Nağıyev, Tural Nəcəfov və digərləri maraqlı ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.

Orkestrin dirijorları Prezident mükafatçıları Orxan Həşimov, Elvin Əliyarlı və Cahangir Qurbanovdur.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-nə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti