...

MSK sədri ABŞ səfirinə Azərbaycanda seçkilərə hazırlıqdan danışdı

Seçki 2015 Materials 15 Oktyabr 2015 16:07 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK sədri ABŞ səfirinə Azərbaycanda seçkilərə hazırlıqdan danışdı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Komissiyadan Trend-ə verilən məlumata görə, qonağı salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun ABŞ-ın ölkəmizdəki səfirliyi ilə əlaqələrindən danışıb və bu əməkdaşlığın seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynadığını vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən ABŞ səfiri seçkilərin ölkə üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan Milli Məclisinə cari ildə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. R.Sekuta, həmçinin məcburi köçkün seçicilərin səsverməsi ilə maraqlanıb və bu qəbildən olan seçicilərin səsverməsinin təşkili sahəsində MSK tərəfindən görülmüş işlərin əhəmiyyətini vurğulayıb.

Qonağın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı tədbirlər, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.

Görüşdə, həmçinin müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti