Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
115 saylı Şəki kənd ikinci Seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Cavanşir Feyziyev seçicilərlə görüşür.
Trend-in məlumatına görə, seçicilərlə ilk görüş Şəki rayonunun Turan qəsəbəsində baş tutub. Qəsəbənin mədəniyyət evində keçirilən görüşdə çıxış edən vəkillər son beş ildə 115 saylı seçki dairəsi ərazisində həyata keçirilmiş abadlıq və quruculuq işlərindən danışıb, qəsəbə sakinlərini 1 noyabr seçkilərində fəal iştirak etməyə və Cavanşir Feyziyevin deputatlığa namizədliyini dəstəkləməyə çağırıblar.
Seçicilər qarşısında çıxış edən Cavanşir Feyziyev seçicilərin suallarını cavablandırdıqdan sonra tədbir musiqi proqramı ilə davam etdirilib.