...

Bəxtiyar Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 20 Oktyabr 2015 13:17 (UTC +04:00)
Seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Səbail rayonunda və Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Bəxtiyar Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev Səbail rayonunda və Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi tədqirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb və 1 noyabr tarixində ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal və Nizami rayonlarında və Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələrində məksunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti