Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Trend Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir.
İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.
Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur.