...

AŞPA Azərbaycanda parlament seçkilərini 30 nəfərlik heyətlə izləyəcək

Seçki 2015 Materials 26 Oktyabr 2015 15:48 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.
AŞPA Azərbaycanda parlament seçkilərini 30 nəfərlik heyətlə izləyəcək

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müxtəlif partiyalardan olan 30 nəfərdən ibarət müşahidə missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək.

Trend AŞPA-nın Mətbuat Mərkəzindən Secki-2015.az saytına verilən məlumata istinadən xəbər verir ki, missiyanın rəhbəri İspaniyadan olan parlamentari Yordi Cukladır.

Müşahidə missiyasının Azərbaycanda Milli Məclisin rəhbərliyi, həmçinin parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri, o cümlədən parlamentdə təmsil olunmayan müxalifət partiya və hərəkat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Missiya üzvlərinin kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır. Seçki günü AŞPA dan olan parlamentarilər ölkənin müxtəlif yerlərində səsvermə prosesinin gedişini izləyəcəklər.

Nümayəndə heyətini, həmçinin Venesiya Komissiyasının üzvləri - Avropa Şurasının müstəqil ekspertlərdən ibarət qrupu da müşaiyət edəcək.

Məlumat üçün bildirək ki, seçkiöncəsi nüməyəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olub. Onlar ölkəmizdə çoxsaylı görüşlər keçiriblər.

Qeyd edək ki, AŞPA 1974-cü ildən etibarən müxtəlif ölkələrdə 150-yə yaxın seçkini müşahidə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti