...

Rusiyalı ekspert: Azərbaycandakı parlament seçkiləri sabit şəraitdə keçəcək

Seçki 2015 Materials 27 Oktyabr 2015 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

"Azərbaycandakı parlament seçkiləri mürəkkəb beynəlxalq şərait fonunda keçəcək".

Trend-in məlumatına görə, bu barədə Secki-2015.az saytına açıqlamasında Rusiyanın "KUB" analitik mərkəzinin eksperti Nadana Fridrixson bildirib.

Ekspert Azərbaycandakı parlament seçkilərinin Türkiyədəki siyasi proseslə eyni gündə - noyabrın 1-də keçiriləcəyi faktını diqqətə çatdırıb.

Ekspert bildirib ki, cari ilin iyununda Türkiyədə parlament seçkiləri keçirildi: "Seçkilərlə bağlı çıxış edən qardaş ölkənin Baş naziri Əhməd Davudoğlu bildirdi ki, ölkədəki daxili siyasətin vəziyyəti həmin seçkilərdə öz əksini tapdı. Əlbəttə ki, Azərbaycandakı vəziyyət Türkiyəyə nisbətən daha möhkəmdir. Milli Məclisdəki yerləri tutmaq üçün hakim partiya, demək olar ki, bütün şanslara malikdir. Bundan başqa, seçkilərin nəticələrinə görə ölkədə hər hansı ciddi çaxnaşmaların olacağını güman etmək çətindir".

N.Fridrixson qeyd edib ki, dünya ictimaiyyətinin diqqəti bölünüb: "Qərb tərəfindən Bakıya olan təzyiqlər çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu seçkilərdə iştirak etməyəcək, amma onların bu addımı nəticələrin qanuniliyinə təsir etməyəcək. Bununla yanaşı, əsas diqqət artıq ciddi narahatlıqların hökm sürdüyü Türkiyədəki seçkilərə yönələcək. Buna görə də, Azərbaycandakı parlament seçkiləri sabit şəraitdə keçəcək. ABŞ və Aİ tərəfindən təxribat xarakterli bəyanatların olması istisna edilmir. Suriya məsələsinin, İranla bağlı problemlərin astanasında duran Türkiyənin mövcud olduğu bir dövrdə Qərbin görəcək işləri çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti