Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkiləri 40 təşkilatdan 501 beynəlxalq müşahidəçi izləyəcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkiləri izləmək üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov deyib ki, indiyə qədər MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib.