...

Valeri Çeçelaşvili: Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir

Seçki 2015 Materials 1 Noyabr 2015 15:42 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir və GUAM Parlament Assambleyasının müşahidəçilərinin seçkilərin gedişində hər hansı xüsusi qınaması yoxdur.
Valeri Çeçelaşvili: Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycanda parlament seçkiləri beynəlxalq hüquq normalarına cavab verir. Bunu Trend-ə təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

O qeyd edib ki, GUAM PA nümayəndələri Bakıda bir neçə seçki məntəqəsində səsvermənin gedişini müşahidə ediblər.

V.Çeçelaşvilinin sözlərinə görə, Sumqayıt şəhərində də seçkilərin gedişini müşahidə edəcəklər.

O bildirib ki, yerli müşahidəçilərin fəallıq göstərməsi çox vacibdir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti