...

Ən yüksək və ən aşağı fəallıq qeydə alınan seçki dairələri açıqlandı

Seçki 2015 Materials 1 Noyabr 2015 20:42 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb.
Ən yüksək və ən aşağı fəallıq qeydə alınan seçki dairələri açıqlandı

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda parlament seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (81,2 faiz), ən aşağı seçici fəallığı isə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb (36,1 faiz).

İlkin məlumata görə, Milli Məclisə seçkilərdə 2 897 188 seçici səs verib. Parlament seçkilərində seçici fəallığı 55,7 faiz təşkil edib.

Qeyd edək ki, səsvermə saat 19:00-da bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti