...

Trend İnformasiya Agentliyinin baş redaktoru Rusiya-Azərbaycan münasibətləri haqqında materialların hazırlanmasına görə diplomla təltif edilib (FOTO)

Gündəm Materials 15 Fevral 2018 19:19 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq ən yüksək səviyyədədir
Trend İnformasiya Agentliyinin baş redaktoru Rusiya-Azərbaycan münasibətləri haqqında materialların hazırlanmasına görə diplomla təltif edilib (FOTO)

Bakı. Trend:

Trend İnformasiya Agentliyinin baş redaktoru İlahə Məmmədli “Rusiya-Azərbaycan münasibətləri haqqında yüksək səviyyəli materialların hazırlanmasına” görə Rusiya səfirliyinin diplomu ilə təltif edilib.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov Rusiya ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin möhkəmlənməsi üzrə işlərə görə jurnalistlərə minnətdarlığını bildirib.

Diplomatın sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıq ən yüksək səviyyədədir:

“Biz strateji tərəfdaşlığımızı inkişaf etdiririk və ölkələrimizin prezidentləri arasında yaranmış münasibətlərə dəyər veririk”.

O.Muraşov bu il Rusiyada (18 mart) və Azərbaycanda (11 aprel) keçiriləcək prezident seçkilərinə də toxunub: “Sözsüz ki, bu, ilin vacib hadisələridir. Biz inanırıq ki, həm Rusiyada, həm də Azərbaycanda seçicilər düzgün seçim edəcək. Gələcək onların seçimindən asılıdır. Ona görə də biz vətəndaşların seçkilərlə bağlı siyasi tədbirlərdə fəal iştirak etməsini arzu edirik”.

Müvəqqəti işlər vəkili qeyd edib ki, digər siyasi tədbirlərlə yanaşı, Moskvada iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası planlaşdırılıb: “Hazırda bu tədbir üçün hazırlıq davam edir. Fikrimcə, hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi müddətədək qarşıya yeni hədəflər və məsələlər qoyulacaq. Qarşılıqlı ticarət dövriyyəsi üzrə son məlumatlar onu göstərir ki, biz doğru yolda gedirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti