...

“Telegram”ın işində qüsurlar yarandı - Nə baş verir?

Gündəm Materials 20 Fevral 2018 20:02 (UTC +04:00)
“Telegram” messencer xidmətinin istifadəçiləri proqramın işində qüsurlarla qarşılaşıb
“Telegram”ın işində qüsurlar yarandı - Nə baş verir?

Bakı. Trend:

“Telegram” messencer xidmətinin istifadəçiləri proqramın işində qüsurlarla qarşılaşıb.

Trend-in məlumatına görə, messencerdə ismarıcların göndərilməsi və alınması prosesində ləngimələr qeydə alınıb.

Qüsurlar həm “Telegram”ın veb-versiyasında, həm də “Telegram” və “Telegram X” mobil tətbiqlərində müşahidə olunub.

Qeyd olunur ki, bu qüsurlarla əsasən İtaliya, İspaniya və Fransadakı istifadəçilər qarşılaşıb.

Qeyd edək ki, problem Azərbaycanda “Telegram” messencer xidmətindən yan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti