Bakı. Trend:
“Telegram” messencer proqramının işində qüsurlar yaranıb.
Trend-in məlumatına görə, bir sıra ölkələrdən istifadəçilər ismarıclar göndərə bilmədiklərini qeyd edib.
Hazırda qüsurlarla Rusiya, Ukrayna, İtaliya və Almaniyadakı istifadəçilərin üzləşdiyi qeyd olunur.
Bildirək ki, Azərbaycanda da “Telegram” messencer proqramından istifadə edənlər problemlərlə qarşılaşıb.
“Telegram” rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.