...

Səfir: Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır

Gündəm Materials 21 May 2018 17:52 (UTC +04:00)
Meksika Azərbaycanda ticarət missiyalarının sayını artırmaq niyyətindədir
Səfir: Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır

Bakı. İlkin Şəfiyev - Trend:

Meksika Azərbaycanda ticarət missiyalarının sayını artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfir bildirib ki, bu missiyaların tərkibinə tekila, meskal kimi spirtli içkilərin, eləcə də salsa sousu və konserv məmulatların istehsalçıları daxil ola bilər:

“Ticarət missiyalarının Azərbaycana təqribi gəliş vaxtı bu ilin iyul və oktyabr, eləcə də 2019-cu ilin iyun aylarıdır”.

R.Labardininin sözlərinə görə, bu ilin aprel ayında Azərbaycana gəlmiş ticarət missiyası doqquz müqavilə imzalayıb. Missiya 5 tekila istehsalçısından ibarət idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti