...

Azərbaycanda alternativ enerji sahəsində 23 LAYİHƏ reallaşdırılacaq

Gündəm Materials 28 İyun 2018 19:59 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

2018-2020-ci illərdə kommunal xidmətlərin inkişafı üzrə strateji yol xəritəsi çərçivəsində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumilikdə 13 milyon manat həcmində 23 layihə həyata keçirməyi planlaşdırır.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Layihələr ümumi həcmi 420 meqavatt olan külək, su və bioyanacaq elektrik stansiyalarının tikintisini əhatə edir. Külək elektrik stansiyalarının gücü 350 meqavatt, günəş elektrik stansiyalarının gücü 50 meqavatt, bioyanacaq elektrik stansiyalarının gücü 20 meqavatta bərabər olacaq.

Külək elektrik stansiyalarının tikintisi 1020.0 milyon manat, günəş elektrik stansiyalarının tikintisi 148.2 milyon manat, bioyanacaq elektrik stansiyalarının tikintisi üçün 116.0 milyon manat nəzərdə tutulub.

Ümumi xərclənəcək məbləğ 1224.2 milyon manat məbləöində vəzait nəzərdə tutulub.

Mənbənin məlumatına görə, bu stansiyaların ildə ümumi enerji istehsalı 1,937 milyard kilovatt-saat elektrik enerjisi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti