...

Bu tarixdə bütün dünyada internet kəsilə bilər

Gündəm Materials 6 Sentyabr 2018 14:12 (UTC +04:00)
Bu tarixdə bütün dünyada internet kəsilə bilər
Bu tarixdə bütün dünyada internet kəsilə bilər

Bakı. Trend:

Domen adlarının və IP ünvanların idarə edilməsi üzrə Korporasiya (ICANN) oktyabrın 11-də bütün dünyada internet şəbəkəsinin işində nasazlıqlar ola biləcəyini bəyan edib.

Trend-in məlumatına görə, həmin gün kriptoqrafik açarlar (domen adlarının müdafiə sistemi) dəyişdiriləcək. Bununla əlaqədar olaraq, bir sıra istifadəçilərin çəbəkəsində veb-səhifələrə girişlə bağlı çətinliklər ola bilər.

Belə prosesin tarixdə ilk dəfə həyata keçirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti