...

Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (FOTO/VİDEO)

Gündəm Materials 17 Sentyabr 2018 12:25 (UTC +04:00)

Bakı. Trend:

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunların hərəkəti, idarə edilməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, keçirilən təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti