...

Amerikalı gimnastlar komandasının rəhbəri: Bakıda Milli Gimnastika Arenası - məşqlər üçün əla məkandır

Gündəm Materials 2 Noyabr 2018 23:17 (UTC +04:00)
Batut gimnastikası üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər
Amerikalı gimnastlar komandasının rəhbəri: Bakıda Milli Gimnastika Arenası - məşqlər üçün əla məkandır

Bakı. Rəşid Şirinov, Cani Babayeva - Trend:

Batut gimnastikası üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər.

Amerikalı gimnastlar komandasının rəhbəri Ceki Qodfri Trend-ə bildirib ki, təlim-məşq toplanışlarını Bakıda keçirmək qərarı burada möhtəşəm gimnastika arenasının olması ilə əlaqədardır: "Sizin Milli Gimnastika Arenanız gözəldir, burada uğurlu məşqlərin keçirilməsi üçün bütün şəraitlər yaradılıb. Biz məhz burada olduğumuza görə xoşbəxtik. Bakıda gimnastika arenası - məşqlər üçün əla məkandır".

C.Qodfrinin sözlərinə görə, amerikalı gimnastlar komandası noyabrın əvvəli Sankt-Peterburqda (Rusiya) keçiriləcək batut gimnastikası üzrə dünya çempionatına hazırlaşır və məşqlərin Bakıda keçirilməsi amerikalı idmançıların iqlimə tez öyrəşməsinə və saat qurşağının dəyişilməsinə adapatasiya olmalarına imkan yaradacaq: "Düşünürəm ki, biz dünya çempionatına hazırıq, yalnız bəzi şeyləri tamamlamaq lazımdır. Bakıdakı məşqlər komandamızın xeyrinə oldu, gimnastlar irəlilədilər. Biz Rusiyada yaxşı nəticələrə nail olmaq istəyirik".

Amerikalı gimnastlar komandasının rəhbəri qeyd edib ki, Bakıda təlim-məşq toplanışlarına batutda tullanma, ikili mini-batut və tamblinq üzrə yarəşlarda iştirak edən idmançılar gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti