...

Paytaxtda yenə tıxac - Səbəb yenə qəza (FOTO)

Gündəm Materials 7 Dekabr 2018 15:22 (UTC +04:00)
Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.
Paytaxtda yenə tıxac - Səbəb yenə qəza (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib. Trend-in məlumatına görə, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb.

Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir.

Belə ki, "Hundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti