...

İnfeksion xəstəliklərə görə 200-ə yaxın xəstədən nümunə götürüldü

Gündəm Materials 24 Dekabr 2018 08:00 (UTC +04:00)
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.
İnfeksion xəstəliklərə görə 200-ə yaxın xəstədən nümunə götürüldü

Bakı. İlhamə İsabalayeva - Trend:.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

Mərkəzin direktor müavini Afaq Əliyeva özəl olaraq Trend-ə bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarına yoluxma mövsümü olsa da, ölkədə bu infeksiyalara yoluxma səviyyəsi ötən illə müqayisədə azalıb. Bu azalma Bakı şəhəri üzrə 10 faizə qədər, ölkə üzrə isə 1 faizə yaxındır.

"Biz RGEM-in yerlərdəki şöbələrindən həftəlik və gündəlik məlumatları alırıq. Bu məlumatlar hələ ki, xəstəliyin yayılma hallarının sayının artdığını göstərmir”.

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, builki payız-qış mövsümündə 200-ə yaxın xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb. Lakin laborator müayinələrin nəticəsində xəstələrdə heç bir virus aşkarlanmayıb.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

“Hazırda infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir, nəzarət tədbirləri həyata keçirilir. Həm məktəbəqədər müəssisələrdə, həm məktəblərdə, həm də müalicə-profilaktika müəssisələrində gündəlik profilaktik dezinfeksiya tədbirləri aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti