...

Bu iki restoran bağlanıb, daha 17 obyekti də eyni aqibət gözləyir

Gündəm Materials 14 Dekabr 2018 16:12 (UTC +04:00)
292 iaşə obyektindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.
Bu iki restoran bağlanıb, daha 17 obyekti də eyni aqibət gözləyir

Bakı. Samir Əli -Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb.

Trend-in məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimovanın sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləridir".

İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti