Bakı. Samir Əli - Trend:
Bakıda gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
1998-ci il təvəllüdlü Əmirov Həsən Akif oğlu küçədə naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər onu döyərək küçəyə atıb və hadisə yerindən qaçıblar.
H.Əmirov ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.