...

Parlament deputatlara mobil telefonu qadağan edə bilər

Gündəm Materials 3 Yanvar 2019 14:28 (UTC +04:00)
İran parlamenti deputatlarının mobil telefondan istifadəsinin qadağan edilməsi məsələsini gündəmə gətirib.
Parlament deputatlara mobil telefonu qadağan edə bilər

Bakı. Elnur Bağışov - Trend:

İran parlamenti deputatlarının mobil telefondan istifadəsinin qadağan edilməsi məsələsini gündəmə gətirib.

Trend-in məlumatına görə, bunu İran parlamenti daxili qayda-qanunların tənzimlənməsi komissiyasının sədri Qulamrza Katib deyib.

Onun sözlərinə görə, komissiya parlamentin iclaslarında deputatların mobil telefonlardan istifadəsinin qadağan edilməsi ilə bağlı Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Hüseyn Nəqəvi Hüseyninin layihəsini təxminən 2 ay öncə təsdiqləyib. Bu layihəni 140-150 deputat imzalayıb.

Katib əlavə edib ki, hazırda bu layihə parlamentin gündəmindədir və deputatların layihəni dəstəklədiyinə görə, təsdiqlənəcəyinə ümid bəslənilir.

Parlament rəsmisi son vaxtlar qeyri-rəsmi iclaslarda deputatlardan birinin çəkdiyi və yayımladığı kadrlara toxunub: "Belə hadisələr parlamentin mövqeyini məchul vəziyyətlə üzləşdirir. Halbuki qeyd olunan layihə təsdiqlənərsə, deputatlar iclasa daxil olmazdan öncə, mobil telefonlarını nəzərdə tutulan məkanda qoya bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti