...

Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır

Gündəm Materials 17 Yanvar 2019 17:22 (UTC +04:00)
Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu.
Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır

Bakı. Trend:

Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti