...

Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub

Gündəm Materials 28 Fevral 2019 10:07 (UTC +04:00)
Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub.
Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub

Bakı. Trend:

Çexiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro təşkil edib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 12 faiz çoxdur.

Trend-in məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

O qeyd edib ki, bu göstərici ilə Çexiya Azərbaycanın böyük ticarət tərəfdaşlarının beşliyinə düşüb və 9-cu iri xarici investor olub.

Diplomat bildirib ki, Çexiya Azərbaycana ilk növbədə maşınqayırma məhsulları, avtomobillər və elektronika malları ixrac edir:

"Çex Respublikası və Azərbaycan arasında qarşılıqlı münasibətlər baxımından ötən ili cəsarətlə "yeni dinamikanın yaranması ili" adlandırmaq olar. Bu yeni dinamika ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və yeni birgə layihələrin axtarışı üçün əsas yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti