...

Vaşinqtonda GUAM ölkələrinin biznes imkanları təqdim olundu (FOTO)

Gündəm Materials 8 Mart 2019 10:36 (UTC +04:00)
ABŞ-da akkreditə olunan GUAM ölkələrinin Səfirliklərinin iştirakı ilə “GUAM Məhsulları” adlı tədbir keçirilib.
Vaşinqtonda GUAM ölkələrinin biznes imkanları təqdim olundu (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ötən gün "Vaşinqton Post" qəzetinin iqamətgahında "Community Empowerment" Assosiasiyasının və "Global Chamber" şirkətinin təşkilatçılığı və ABŞ-da akkreditə olunan GUAM ölkələrinin Səfirliklərinin iştirakı ilə “GUAM Məhsulları” adlı tədbir keçirilib. Ölkənin ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə diplomatik nümayəndəliklər, biznes şirkətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə GUAM ölkələrində akademik və biznes imkanları barədə çıxışlar edilib, təşkilatın bu ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsində rolundan bəhs edilib.

Gürcüstan, Ukrayna və Moldova Səfirliklərinin nümayəndələri ilə yanaşı ölkəmizin ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov çıxış edərək, Azərbaycanın biznes layihələri, inkişaf edən sənaye sahələri, ticarət əlaqələri və potensial imkanlar barədə məlumat verib, regionun inkişafı üçün birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Guam ölkələrinin yerli çaxır məhsulları tədbirin diqqət mərkəzində olmuşdur və təqdim edilən Azərbaycanın “Savalan” yerli brendinin çaxırları qonaqların geniş marağına səbəb olub. Biznes nümayəndələri Azərbaycan çaxırlarının ABŞ bazarında yayılması imkanları ilə maraqlanıb.

Tədbirdə qonaqlara Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın milli yeməkləri və şirniyyat nümunələri təqdim edilib. Ölkəmizin milli mədəniyyət nümunələrini əks etdirən guşə qonaqlar tərəfindən maraqla izlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti