...

Firdovsi Umudov: Aprel zəfəri xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi (FOTO)

Gündəm Materials 4 Aprel 2019 17:36 (UTC +04:00)
Qazax rayonunda 2016-cı il Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi vətənpərvərlik tədbiri keçirilib.
Firdovsi Umudov: Aprel zəfəri xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi (FOTO)

Bak. Samir Əli - Trend:

Qazax rayonunda 2016-cı il Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi vətənpərvərlik tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Sərhədçi” Olimpiya İdman Kompleksi rəisinin müavini Firdovsi Umudov bildirib ki, 2016-ci ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi.

F.Umudov bildirib ki, Azərbaycan xalqı cəsarətlə mübarizə apararaq müstəqilliyə nail olduğu kimi, bundan sonra da erməni işğalında olan torpaqlarımızı azad etmək üçün qanından keçməyə hazırdır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ərazilərimizin işğaldan azad olunacağı gün yaxınlaşmaqdadır. Sülh yolunda davamlı addımlar atılır. Eyni zamanda Ali Baş Komandanımızın əmrini də gözləyirik. 2016-cı ilin aprelində erməni işğalçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bir daha ölkənin müdafiə qüdrətini və gücünü, xalqımızın döyüş əzminin yüksək olduğunu göstərdi. Qələbə qazanarkən bir gözümüz ağladı, bir gözümüz güldü. Şəhidlər verdik. Qazaxdan, eləcədə Azərbaycanın digər bölgələrindən şəhidlərimiz oldu. Şəhidlər ölmürlər, onlar bizim and yerimizdir. Bu zəfərin banisi, uzun illərdən sonra xalqımıza qələbə sevincinin yaşadılmasında dövlətimizin başçısı İlham Əliyevdir. Heç bir şübhəmiz yoxdur ki, bundan sonra da lazım olan məqamda Ali Baş Komandanımızın əmri uğurla yerinə yetiriləcək. Buna ordumuzun gücü, xalqımızın birliyi və qətiyyəti əsas verir”.

O, bir daha vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev gənclərlə, idmançılarla görüşləri zaman ilk növbədə vətənprəvərliyi önə çəkib: “Bu aprel döyüşlərində özünü bir daha göstərdi. Bizim əsgərlərimiz, şəhid qardaşlarımız özlərini güllənin qarşısına sipər etdilər. Lələtəpə zirvəsini işğaldan azad etdilər. Hər kəsi bu gün münasibəti ilə təbrik edirəm. Aprel qələbəsi böyük zəfərlərin başlanğıcıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti