...

Gəncədə itkin düşən bacılar tapılıb

Gündəm Materials 18 Aprel 2019 09:12 (UTC +04:00)
Gəncədə itkin düşən bacılar tapılıb.
Gəncədə itkin düşən bacılar tapılıb

Bakı. Samir Əli - Trend:

Gəncədə itkin düşən bacılar tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti