...

Bakıda Dünya Kubokunda halqalar və gürzlərlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Gündəm Materials 27 Aprel 2019 22:35 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub
Bakıda Dünya Kubokunda halqalar və gürzlərlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Bakı. Cani babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub.

Trend-in məlumatına görə, finala Bolqarıstan (25.300 bal), Yaponiya (24.350 bal), Ukrayna (23.900 bal), İtaliya (23.700 bal), Belarus (23.350 bal), Çin (23.150 bal), Rusiya (22.900 bal) və Finlandiya (22.100 bal) komandaları yüksəliblər.

Azərbaycan komandası 17.350 bal toplayıb və 18-ci yerdə qərarlaşaraq finala yüksələ bilməyib.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti