...

Bundan sonra uşaqları döyən valdeynlər məsuliyyətə cəlb ediləcək - Parlament təsdiq etdi

Gündəm Materials 3 İyul 2019 11:25 (UTC +04:00)
Fransa parlamenti uşaqların fiziki cəzalandırılmasını qadağan edən qanun qəbul edib
Bundan sonra uşaqları döyən valdeynlər məsuliyyətə cəlb ediləcək - Parlament təsdiq etdi

Bakı. Trend:

Fransa Parlamenti uşaqların fiziki cəzalandırılmasını qadağan edən qanun qəbul edib.

Trend-in məlumatına görə, Fransa bu cür qanunu qəbul edən 56-cı dövlət olub.

Yeni qanuna əsasən, uşaqlara fiziki təzyiq göstərməklə yanaşı, onları danlamaq, alçaltmaq və ələ salmaq qadağan edilir.

Bir müddət əvvəl keçirilmiş sorğuya əsasən, fransalı valideynlərin 85 faizi uşaqları döyməyə meyillidir.

Qanun qəbul olunduqdan sonra uşaqlara fiziki təzyiq faktı Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti