...

Böyük Qafqazda yeni sel ocaqları açılıb - TƏDQİQAT

Gündəm Materials 12 İyul 2019 07:40 (UTC +04:00)
Coğrafiya İnstitutunun əməkdaşları Böyük Qafqazda çöl tədqiqatları aparıblar
Böyük Qafqazda yeni sel ocaqları açılıb -  TƏDQİQAT

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.

AMEA-dan Trend-ə verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər. Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti