...

Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Gündəm Materials 20 Avqust 2019 19:10 (UTC +04:00)
Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.
Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti