...

Xəzərdə 4 balıqçı itkin düşüb - Axtarışa helikopter cəlb olunub

Gündəm Materials 8 Oktyabr 2019 16:49 (UTC +04:00)
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xəzərdə 4 balıqçı itkin düşüb - Axtarışa helikopter cəlb olunub

Bakı. Trend:

Xəzərdə 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti