AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi

AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə ilə bağlı quruma qarşı irəli sürülən ittihamlara cavab verib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, agentliyin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb: "Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinə müraciət olunub. Əlavə olaraq əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də isə intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi 24 noyabr axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəsüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və 25 noyabr səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu".

A. Nəcəfli qeyd edib ki, hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik tərəfindən qərargah yaradılıb: "Qısa müddət ərzində sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Onu da bildirək ki, Bakı-Ələt-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan yolun inşasına “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi əsasında 2009-cu ildə başlanılıb və 2010-cu ildə yekunlaşdırılıb.

Cari ilin mart ayında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə doğru olan yolda əsaslı yenidənqurma deyil yalnız təmir işləri aparılıb. Çünki bu ərazidə yol kənarında 75 metr uzunluğunda yol-memarlıq elementi olan bəzək divarı dağılmış, yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər sadəcə olaraq bu maneənin aradan qaldırılmasına yönəlmişdi.

Sürüşmənin baş verməsinin daha dəqiq səbəbinin öyrənilməsi və ərazidə gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün atılacaq addımların nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən agentliyin əməkdaşlarının iştirakı ilə yaxın müddət ərzində sınaq quyularının qazılmasına başlanılacaq.

Lakin baş vermiş hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hadisənin təfsilatına varmadan, hadisənin baş vermə səbəbi araşdırılmadan, mütəxəsislərdən fikri öyrənilmədən qeyri-dəqiq, qeyri-peşəkar informasiyalar yayılmış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlar irəli sürülmüşdür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bundan təəssüf hissi keçirir və kütləvi informasiya vasitələrindən vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan bu cür yalan və qərəzli məlumatlar yaymamağı xahiş edirik".

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Bütün xəbərlər