...

Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü (FOTO)

Gündəm Materials 25 Yanvar 2020 12:12
Uşaqda quduzduq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib
Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü (FOTO)

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.

Qonşularının bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti