...

"Facebook" 5 milyard dollar cərimə ödəyəcək

Gündəm Materials 25 Aprel 2020 04:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Federal Məhkəməsi Federal Ticarət Komissiyasının istifadəçilərin şəxsi məlumatlarının marketinq məqsədi ilə üçüncü tərəf şirkətinə ötürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində "Facebook"un 5 milyard dollar cərimə ödəməsi barədə qərarını qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, bu barədə Federal Ticarət Komissiyasının bəyanatında deyilir.

Ötən ilin iyul ayında Elektron Fərdi Məlumat Mərkəzi (Electronic Privacy Information Center, EPIC) amerikan qeyri-hökumət insan hüquqları təşkilatı "Facebook"un bu işlə bağlı daha az cərimə ödəməsi barədə qərarına yenidən baxılması üçün məhkəməyə müraciət edib. Müdafiəçilərin fikrincə göstərilən cərimənin məbləği "adekvat, məqbul və uyğun" olmayıb.

Məhkəmənin qeyd etdiyi kimi, 5 milyard dollar cərimə edilməsinə dair qərar ölkə tarixində ikinci ən böyük cərimə olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti