...

Bu tədris ili şagirdlərin qiymətləndirilməsi aparılmayacaq

Gündəm Materials 7 May 2020 17:11 (UTC +04:00)
Bu tədris ili şagirdlərin qiymətləndirilməsi aparılmayacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Ümumtəhsil səviyyəsində 2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin qiymətləndirilməsinin aparılması nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, şagirdlər və müəllimlər arasında KSQ və BSQ kimi tanınan qiymətləndirmələrin aparılması nəzərdə tutulmur: “Şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması üçün 1-ci yarımil üzrə qiymətlər əsas götürüləcək və onun əsasında illik qiymətlər çıxarılacaq, bununla şagird növbəti sinifə keçiriləcək. Qiymətlərdən narazı qalan şagirdlər dərs ili öncəsi məktəblərə müraciət edərək qiymətlərini yaxşılaşdıra bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti