Bakı. Samir Əli - Trend:
Bəhram Bağırzadənin səhhəti orta-ağır stabildir.
Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Bəhram Bağırzadənin hemodinamik göstəricilərində udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: "Fəaldır, ayağa qalxır, yeriyir, xəstənin tənəffüsü fizioloji yolladır. Burun və ağızla nəfəs alır. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib".