...

Bakı polisi ictimai iaşə obyektlərinə nəzarəti davam etdirir (FOTO)

Gündəm Materials 20 Avqust 2020 11:31 (UTC +04:00)
Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin təmin olunması üçün rayon icra hikimiyyətlərinin nümayəndələri ilə birgə polis əməkdaşları ictimai iaşə obyektlərində, qapalı məkanlarda nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Bakı polisi ictimai iaşə obyektlərinə nəzarəti davam etdirir (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin təmin olunması üçün rayon icra hikimiyyətlərinin nümayəndələri ilə birgə polis əməkdaşları ictimai iaşə obyektlərində, qapalı məkanlarda nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə keçirilən monitorinq və yoxlamalarda sanitariya-gigiyena və karantin qaydalarının tələbləri ilə bağlı məlumatlar verilir.

Keçirilən yoxlamalarda açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin obyektlərdə təmizlik və dezinfeksiya işlərinin vəziyyəti öyrənilir, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti