...

Prokurorluq Şirvanda ölən şəxsin qohumlarının tibbi ekspertiza əməkdaşalarına hücumu ilə bağlı araşdırma aparır

Gündəm Materials 1 Sentyabr 2020 15:05 (UTC +04:00)
Prokurorluq Şirvanda ölən şəxsin qohumlarının tibbi ekspertiza əməkdaşalarına hücumu ilə bağlı araşdırma aparır

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində, sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılmışdır.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə,, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət etmişdir.

Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidləri müəyyən edilərək izahatları alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti