...

Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları aktiv fəaliyyətlərini gücləndiriblər

Gündəm Materials 5 Oktyabr 2020 19:02 (UTC +04:00)
Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları aktiv fəaliyyətlərini gücləndiriblər

Bakı. Trend:

Azərbaycan Ordusunun Qarabağda azadlığı uğrunda başlatdığı əməliyyata beynəlxalq səviyyədə dəstək gəlməkdədir. Xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları aktiv fəaliyyətlərini gücləndiriblər.

Trend-in məlumatına görə, Köln-Azərbaycan Evi də fəaliyyətini gücləndirən təşkilatlar sırasındadır. Bu günlərdə Beynəlxalq Demokratiya İttifaqının üzvləri Köln-Azərbaycan Evini ziyarət ediblər. Azərbaycan xalqına və ordusuna öz mənəvi dəstəklərini nümayiş etdiriblər. Köln-Azərbaycan Evinə Türkiyə bayrağı və Rəcəb Tayyib Ərdoğanın şəkili hədiyyə ediblər.

Köln-Azərbaycan Evinin rəhbəri Ağa Ağayev ilk gündən qardaş Türkiyənin Azərbaycan yanında olmasını xalqımız tərəfindən yüksək qarşılandığını, xüsusilə, Türkiyə rəhbərliyinin, Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etdiyini diqqətə çatırıb. "30 ildir ki, Qarabağda Ermənistanın işğalçılıq siyasətini davam edir. Təəssüf ki, beynəlxalq təşkilatlar buna biganə yanaşırlar. Qardaş ölkənin mənəvi dəstəyi Qarabağda Ermənistanın işğalını son çatmasını sürətləndirir. Xalqımız qardaş ölkənin dəstəyini unutmayacaq. Bu, həm də iki qardaş ölkə arasında bağları, dostluğu və qardaşlığı əbədi olaraq möhkəmləndirir" - deyə, A.Ağayev bildirib.

Qonaqlar Azərbaycanın haqq səsinin yanında olacaqlarını, beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq siyasətini çatdıracaqlarını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti