Bakı. Trend:
Azərbaycanlı və gürcüstanlı ekspertlər arasında videokörpü keçirilib.
Trend-in məlumatına görə, REAL TV və Trend BİA-nın layihəsi olan videokörpü zamanı ikitərəfli münasibətlərin perspektivləri, Gürcüstan cəmiyyəti tərəfindən Dağlıq Qarabağ münaqişə zonasındakı hadisələrin qavranılması və dost gürcü xalqı tərəfindən Azərbaycanın ədalətli mövqeyinə dəstək məsələləri müzakirə olunub.
Bundan başqa, xüsusilə qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası perspektivdə regionun digər ölkələri, o cümlədən Gürcüstan üçün öz ərazi problemlərini həll etmək üçün imkanlar açacaq. Ekspertlər həmçinin müharibədən sonra sülh, iqtisadi və humanitar əməkdaşlıq potensialı məsələlərini müzakirə edib.
Videokörpüdə Gürcüstan tərəfindən “Georgian Times” media holdinqinin direktoru Malxaz Qulaşvili və politoloq, hüquqşünas Simon Kaladze, Azərbaycan tərəfdən millət vəkili Arzu Nağıyev və Trend-in baş direktorunun müavini Gülnarə Məmmədzadə iştirak edib.