...

İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb

Gündəm Materials 11 Noyabr 2020 16:19 (UTC +04:00)
İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb

Bakı. Samir Əli - Trend:

İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O bildirib ki, ermənilər həmin ərazilərdə olan abidələri məhv edib, təhqir edib, dağıdıblar: "Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində müharibə cinayətləri törədib. Müxtəlif mədəniyyət abidələrini dağıdaraq qanunsuz fəaliyyət həyata keçiriblər. İşğal altında olan ərazilərin adları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Həmin ərazilərdə çoxlu sayda kilsə inşa edilib, orada yüzlərlə erməni xaç nişanları quraşdırılıb. Tanınmış erməni terrorçularının xatirəsinə monumental abidələr tikilib. Ermənilər həmin ərazilərdən Azərbaycan tarixinə aid bütün əsasları silməyə cəhd ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti