Bakı. Samir Əli - Trend:
Səhiyyə Nazirliyinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna vəsait köçürüb.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. Nazirliyin kollektivi vəsaiti Fonda təqdim edib.