...

İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib - İnstitut direktoru

Gündəm Materials 28 Dekabr 2020 14:50 (UTC +04:00)
İrəvan qalasındakı bütün tarixi abidələr məhv edilib - İnstitut direktoru

Bakı. İlhamə İsabalayeva - Trend:

1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti olan Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandal münasibət göstərilib, kitabələrin mətni təhrif edilib.

Trend-in məlumatına görə, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli deyib.

Onun sözlərinə görə, İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və Sərdar məscidi məhv edilib. İrəvan yaxınlığındakı Qaraqoyunlu tayfalarından biri olan Saadlu türk tayfasının başçısı Əmir Saadın dəfn edildiyi Pir Hüseyn türbəsi “türkmən abidəsi” kimi qələmə verilib.

Bundan əlavə, Ermənistanın Qarakilsə rayonunun Urud kəndində İslam dininə etiqadın göstəricisi olan abidələrin üzərindəki yazılara əlavə hərflər daxil edilərək tarixi kökləri itirilməyə çalışılıb.

N.Səfərli qeyd edib ki, abidələrin üzərindəki Azərbaycan dilində şeirlər, tarixi həqiqətlər ermənilərin dünyaya car çəkdiyi təhrif olunmuş məlumatların əleyhinə olduğu üçün məhv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti