...

Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA

Gündəm Materials 22 Yanvar 2021 09:37 (UTC +04:00)
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA

Bakı. Samir Əli - Trend:

Bakıda gecə yolların buz bağlaması səhər saatlarında avtomobillərin sıxlığına səbəb olub.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın Ziya Bünyadov prospekti hər iki istiqamətdə, Heydər Əliyev prospekti şəhər istiqamətində və Hava Limanı magistral yolu hər iki istiqamətdə sıxlıqdır: "Yolun buz bağlaması nəticəsində Zığ - Hava Limanı yolunda zəncirvari qəzalar da baş verib. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olsunlar, sürət həddinə əməl etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti