...

Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)

Gündəm Materials 25 Yanvar 2021 15:04 (UTC +04:00)
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gür" (S-334) sualtı qayığından Türkiyə istehsalı olan AKYA raketinin sınaq atışı keçirilib.

Trend-in məlumatına görə, atış Mərmərə dənizində baş tutub.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün "Gür" sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.

Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti