...

Şənbə günü müəllimlərin işə gəlib-gəlməməsini məktəblər özü tənzimləyə bilər - Nazir

Gündəm Materials 30 Yanvar 2021 17:03 (UTC +04:00)
Şənbə günü müəllimlərin işə gəlib-gəlməməsini məktəblər özü tənzimləyə bilər - Nazir

Bakı. İlhamə İsabalayeva – Trend:

Təhsi naziri Emin Əmrullayev şənbə günlərində ictimai nəqliyyat işləmədiyi halda, bəzi məktəblərdə dərslərin keçirilməsi ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, Təhsil naziri Emin Əmrullayev deyib ki, bu məsələ daha çox Bakı, Sumqayıt və Abşeronda aktualdır. Onun sözlərinə görə, Təhsil Nazirliyi mümkün qədər şənbə günündə dərslərin olmamasına çalışır:

“Bu məsələdə şagirdlərlə bağlı bizim elə ciddi problemimiz olmur. Çünki şagirdlərin əksəriyyəti dərsə marşrutdan istifadə edərək gəlmir, piyada gəlirlər. Müəllimlərimizlə bağlı problemlər var. Amma müəllimlər bu məsələni məktəblərlə tənzimləyə bilərlər. Şəxsi maşını olmayan və məktəbə yaxın yerdə yaşamayan müəllimlər üçün şənbə günü dərslər salınmaya bilər. Amma ümumiyyətlə, onu demək olar ki, şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı azdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti