...

Polis Ağdamda erməni səngərindən silah-sursat aşkarladı (FOTO)

Gündəm Materials 15 Fevral 2021 16:12 (UTC +04:00)
Polis Ağdamda erməni səngərindən silah-sursat aşkarladı (FOTO)

Bakı. Samir Əli - Trend:

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilmiş düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkarlanaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti